• Fanat
  • 8 İyun 2023 12:29
  •  9 625

Lionel Messi İnter Mayamidə

Fransanın Paris Saint-Germain (PSJ) komandasından ayrılan argentinalı Lionel Messi karyerasını ABŞ Futbol Liqasının (MLS) komandalarından biri olan İnter Mayamidə davam etdirəcəyini açıqlayıb.

Aznews.az xəbər verir ki, İspaniya mətbuatına danışan 35 yaşlı ulduz futbolçu, "İnter Mayamiyə keçəcəyəm. Barselonaya qayıtmağı çox istəyirdim, belə bir arzum var idi. Ancaq iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının əlində qoyub eyni vəziyyətə düşmək istəmədim.Özümü və ailəmi düşünərək qərarımı verdim",-deyə qeyd edib.

La Liqanın "Barselona"nın transferinə yaşıl işıq yandırdığı xəbərini eşitdiyini qeyd edən Messi, "Hələ çox çatışmayan şey var idi. Oyunçu satmaq və ya maaşları azaltmaqdan məsul olmaq istəməzdim. Yoruldum",-deyə bildirib.

Qərarında maliyyə narahatlığının təsirli olmadığını müdafiə edən Messi, "Məsələ heç vaxt pulla bağlı deyildi. Əgər belə olsaydı, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim" ,- o vurğulayıb.

Qeyd edək ki, İnter Mayami komandası da sosial media hesabından paylaşdığı video ilə Messinin transferini açıqlayıb.

Mövsüm