• Fanat
  • 17 İyun 2023 09:44
  •  8 218

AVRO-2024: Azərbaycan millisi Estoniyanı qəbul edir

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Aznews.az xəbər verir ki, F qrupunda yer alan yığma 3-cü turda Estoniyanı qəbul edəcək.

“Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qarşılaşmanı çexiyalı FIFA referisi Ondrjey Berka idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

AVRO-2024-ün seçmə mərhələsi

F qrupu, III tur
17 iyun

20:00. Azərbaycan - Estoniya

Baş hakim: Ondrjey Berka

Bakı, “Dalğa Arena”

Xal durumu: Avstriya - 6, Belçika - 3, Belçika - 3 (1 oyuna), İsveç - 3, Estoniya - 0 (1 oyuna), Azərbaycan - 0.