• Fanat
  • 26 İyun 2023 11:24
  •  9 973

Əliyar Ağayev İngiltərə - Almaniya oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib. Aznews.az-ın məlumatına görə, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq. Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq. Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.