• Fanat
  • 31 Oktyabr 2023 08:03
  •  11 939

Messi 8-ci dəfə “Qızıl top”u qazanıb

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Aznews.az xəbər verir ki, bu mükafata ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Messi karyerasında 8-ci dəfə bu titula sahib çıxıb.

Qeyd edək ki, Messi 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafatı qazanıb.