• Fanat
  • 26 Noyabr 09:21
  •  11 976

Naxçıvan MR Şahmat Federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2002-ci ildən fəaliyyət göstərən federasiya bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişdirib. Federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası federasiyanın sədri Seymur Talıbov idi.