- Fanat
- 16 May 2025 09:17
- 15 603
Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb
Atletika millimizin üzvü Lamiyə Vəliyeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanıb.
Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən bildirilib.
Atlet 200 metr məsafəyə qaçışda 24.35 saniyə nəticə göstərib.