"Kəpəz" və "Karvan-Yevlax" komandaları yoxlama oyununda qarşılaşıblar

Misli Premyer Liqasında çıxış edən "Kəpəz" və "Karvan-Yevlax" kollektivləri yoxlama oyununda üz-üzə gəliblər.

Aznews.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Qeyd edək ki, "Kəpəz" daha əvvəl yoxlama matçında "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.