- Fanat
- 20:36
- 1 324
"Real" Arbeloanın rəhbərliyi altında ilk qələbəsini qazanıb
Madridin "Real" klubu İspaniya futbol çempionatının 20-ci turunda ev oyununda "Levante"ni 2:0 hesabı ilə məğlub edib.
Aznews.az xəbər verir ki, görüş "Santyaqo Bernabeu" stadionunda keçirilib.
Qolları Kilian Mbappe (58-ci dəqiqə, penalti) və Raul Asensio (65-ci dəqiqə) vurublar.
"Real" Alvaro Arbeloanın rəhbərliyi altında ikinci oyununu keçirib. İspaniyalı mütəxəssis 12 yanvarda komandanın baş məşqçisi təyin olunaraq həmvətəni Xabi Alonsonu əvəz edib. Arbeloa ilə ilk oyunda "Real" İspaniya Kubokunun 1/8 finalında ikinci divizion təmsilçisi "Albasete"yə (2:3) sensasion şəkildə uduzmuşdu.
"Real"ın hesabında 48 xal var və komanda turnir cədvəlində 2-ci yerdə qərarlaşıb, "Barselona"dan 1 xal geri qalır. Kataloniya klubu 20-ci turun oyununu bazar günü səfərdə "Real Sosyedad"a qarşı keçirəcək. "Levante" isə 14 xalla 19-cu pillədədir.