- Fanat
- 17:35
- 1 513
"Real" Çempionlar Liqasının oyunundan əvvəl heyətlə bağlı problemlə üzləşib
İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasında bu həftə keçiriləcək oyundan əvvəl heyətlə bağlı problemlə üzləşib.
Aznews.az yerli mətbuata istinadən xəbər verir ki, bu gün komandanın məşqində beş futbolçu iştirak etməyib.
Bunlar Trent Aleksandr-Arnold, Eder Militao, Antonio Rüdiger, Ferlan Mendi və Brahim Diasdır. Dias bir gün əvvəl Mərakeş millisinin heyətində Afrika Millətlər Kubokunun final matçında meydana çıxıb. Digər oyunçular sağlamlıqla bağlı problemlərlə üzləşiblər.
Bundan əlavə, Rodriqo məşqlərə qayıdıb və onun növbəti matçda iştirakı gözlənilir.
Qeyd edək ki, "Real" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Monako" ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 20-dən 21-nə keçən gecə baş tutacaq.