- Fanat
- 17:36
- 1 540
Braziliyada basketbol klubunun nümayəndələri matçdan sonra hakimə hücum ediblər
Braziliyada basketbol klubunun nümayəndələri matçdan sonra hakimə hücum ediblər.
Aznews.az xəbər verir ki, hadisə "Pato" və "Kaşias" komandaları arasında baş tutan ölkə çempionatının oyunundan sonra yaşanıb.
"Kaşias"ın 91:85 hesabı ilə qələbə qazandığı görüşdə "Pato"nun nümayəndələri referi Dieqo Çikonatoya fiziki təzyiq göstəriblər. Nəticədə hadisə yerinə polis çağırılıb.
Milli Basketbol Liqası (LNB) insidentlə bağlı sərt qərarlar qəbul edib. 'Pato' klubu növbəti qərara qədər ev oyunlarını azarkeşsiz keçirəcək. Həmçinin klubun bir neçə əməkdaşı qeyri-müəyyən müddətə liqa ilə bağlı bütün tədbirlərdən kənarlaşdırılıb.
Qeyd edək ki, "Pato" 21 oyundan sonra turnir cədvəlində 26 xalla 15-ci pillədə qərarlaşıb. 11-ci yerdə olan "Kaşias"ın isə 33 xalı var.