- Fanat
- 17:37
- 884
Adil Şükürov: "Səbail"in I Liqada çempionluq şansı itməyib"
"Səbail"in Azərbaycan I Liqasında çempionluq şansı itməyib.
Aznews.az xəbər verir ki, Bunu adıçəkilən komandanın baş məşqçisi Adil Şükürov deyib.
Mütəxəssis ötən gün XIV turda qarşılaşdıqları lider "Şəfa" ilə oyunu dəyərləndirib:
"Əvvəlcədən bilirdik ki, oyun çətin keçəcək. Çünki turnir cədvəlinin liderinə qarşı çıxış edirdik. "Şəfa"nın üstün cəhətlərini təhlil etmişdik. İlk hissənin ortalarında bəzi qol imkanlarımız olsa da, təəssüf ki, yararlana bilmədik. Qol vura bilməsək də, planlaşdırdıqlarımızı matç ərzində həyata keçirdik. Əsas hədəfimiz çempionluq yarışından kənarda qalmamaq idi. Bunun üçün də bizə xal qazanmaq vacib oldu. Çempionluq şansımız itməyib".
A.Şükürov zədəli futbolçuların sıraya dönməsindən sonra komandanın daha yaxşı çıxış edəcəyini düşünür:
"Qarşıdakı oyunları düşünürük. Heyətdə zədəli futbolçular var. Onların sıraya qayıtmasını gözləyirik. Hazırda turnir cədvəlində sıxlıq yaranıb, komandalar bir-birinə çox yaxındı. Bu da çempionluq mübarizəsini daha da maraqlı edir. İnşallah, tam heyətlə növbəti oyunları qələbə ilə başa vurmaq istəyirik".
Qeyd edək ki, ötə gün baş tutan "Səbail" - "Şəfa" matçında qapılara qol vurulmayıb. Turnir cədvəlinə 32 xalla "Şəfa" başçılıq edir. 26 xala malik "Səbail" üçüncüdür.