- Fanat
- 17:53
- 716
"Qarabağ"ın futbolçusu: "Nyukasl"la matçda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik"
"Qarabağ" klubunun futbolçuları "Nyukasl"la matçda azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcək.
Aznews.az xəbər verir ki, bu barədə "Qarabağ"ın futbolçusu Kamilo Duran mətbuat konfransında deyib.
24 yaşlı oyunçu Bakıda İngiltərənin "Nyukasl" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlər önündə mübarizə aparacağıq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik".
O, İngiltərə təmsilçilərinin sürətli oynadıqlarını söyləyib:
"Matça yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, zəif cəhətlərindən yararlanmağa çalışacağıq".
K.Duran cari mövsüm UEFA Çempionlar Liqasındakı nəticələr barədə də danışıb:
"Qarabağ"da bu yolu keçmişəm. Bu, karyeramın ən önəmli dönəmidir. Mən də oyun keyfiyyətlərimi yaxşılaşdırmalıyam".
Futbolçu sabahkı matçda fərqlənəcəyi təqdirdə Kolumbiya futbolunun tarixinə düşmək ehtimalına da münasibət bildirib:
"Qol vurmağa hazıram. Məşqlərdə bu rəqibi düşünürdüm. Bu hədəfə çatmağa hazıram".
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.