- Fanat
- 18:30
- 1 149
Azərbaycanın dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Aznews.az xəbər verir ki, ikinci enişinə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.
Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51 yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
Qeyd edək ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.