- Fanat
- 16:43
- 1 714
Azərbaycanın boks milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər
Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər.
Aznews.az xəbər verir ki, hər iki komanda hazırlığı Bakıda keçir.
Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.
Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. Toplanış martın 1-də yekunlaşacaq.