Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyunda məğlub olub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxacaq.

Aznews.az xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında, Bakı vaxtı ilə saat 13:20-də başlanacaq.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.