- Fanat
- 15:17
- 3 047
AFFA-dan "Qarabağ"a cərimə dalınca cərimə!
AFFA “Qarabağ”ı 8700 manat cərimələyib.
Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Həmçinin həmin gün baş tutan “Qarabağ” – “Sabah” qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.
Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.
AzNews.az