- Fanat
- 14:05
- 1 686
Silva rəsmən "Real Madrid"də
"Real Madrid" portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanın transferini rəsmən elan edib.
AzNews.az xəbər verir ki, tərəflər arasında imzalanan əmək müqaviləsi iki mövsüm üçün nəzərdə tutulub və 30 iyun 2028-ci ilə qədər qüvvədə olacaq.
İspaniya klubunun rəsmi saytında yer alan açıqlamada deyilir: ""Real Madrid" və Bernardo Silva razılığa gəliblər və bu razılığa əsasən, oyunçu növbəti iki mövsüm ərzində, 30 iyun 2028-ci ilə qədər "kral" klubunda oynayacaq".
Xatırladaq ki, 31 yaşlı portuqaliyalı əvvəlki doqquz mövsümü İngiltərənin "Mançester Siti" klubunda keçirib. Silva "Siti" komandası ilə altı dəfə Premyer Liqa, Çempionlar Liqası və Klublararası Dünya Kubokunu qazanıb.