- Dünyanın halı
- 15:20
- 1 357
İndoneziyanın Levotobi vulkanı altı dəfə püskürüb
İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanında ardıcıl altı püskürmə qeydə alınıb.
Bu barədə “İzvestiya” telekanalı məlumat yayıb.
Vulkanoloqların açıqlamasına görə, püskürmələr nəticəsində yaranan kül sütunu 3 kilometrədək yüksəlib və ətraf ərazilərin bir hissəsini örtüb.
Mütəxəssislər bölgə sakinlərinə və turistlərə təhlükəsizlik məqsədilə vulkan kraterinə 5 kilometrdən artıq yaxınlaşmamağı tövsiyə ediblər.
Həmçinin havada vulkanik külün yüksək konsentrasiyası səbəbindən əhaliyə qoruyucu maskalardan istifadə etmək barədə xəbərdarlıq edilib.
Hazırda yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır və vulkanın aktivliyi mütəxəssislər tərəfindən izlənilir.
Mövsüm,
AzNews.az