İqor Dodon 5 qanun layihəsini imzalamayıb İqor Dodon 5 qanun layihəsini imzalamayıb
  • Flash
  • 1 Dekabr 2018 12:25
  •  4 450

Moldova prezidenti istefaya göndəriləcək?

İqor Dodon 5 qanun layihəsini imzalamayıb

Moldova parlamenti ölkə prezidenti İqor Dodonu istefaya göndərə bilər.

Bu barədə Moldova parlamentinin spikeri Andrian Kandu bildirib.

Onun sözlərinə görə, İ.Dodon ölkə Konstitusiyasının tələblərini pozaraq parlamentin qəbul etdiyi 5 qanun layihəsini imzalamaqdan imtina edib. Moldova Konstitusiyasının 89-cu maddəsinə görə isə prezident ali qanunu pozduğu halda istefaya göndərilə bilər.

Spiker qeyd edib ki, parlamentin səlahiyyət müddəti noyabrın 30-da başa çatsa da, ilin sonuna qədər qərarlar qəbul edə bilər. (AZƏRTAC)