Paytaxt sakini spirtli içkidən zəhərlənib. Paytaxt sakini spirtli içkidən zəhərlənib.

Bakıda pivənin içindən zir-zibil çıxdı - Foto

Paytaxt sakini spirtli içkidən zəhərlənib.


Bakı sakinlərindən biri bildirib ki, o, 3 gün əvvəl Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən aldığı pivə butulkasının içindəki naməlum şeylərə görə zəhərlənib:

""Qəsəbədəki "Premium market"dən Azərbaycan istehsalı olan "Xırdalan" pivəsi aldım. Butulkaya diqqət etmədən, bilməyib açıb içdim. Gördüm ki, içindən zir-zibil çıxdı. Pivəni içəndən sonra zəhərləndim. O qədər iyrəndim ki, qaytardım. Ondan sonra 1 gün ancaq qatıq içmişəm. Butulkadakı pivənin qalanını hələ də saxlamışam. Bunu xəbər verdim ki, başqaları da ayıq olsunlar ki, başlarına belə iş gəlməsin".

Alıcı əlavə edib ki, o, bunun zavodun, yoxsa mağazanın günahı ucbatından baş verdiyini dəqiq bilməsə də, müvafiq dövlət qurumlarının belə şeylərə nəzarəti artırmalarını istəyib.

Məsələ ilə bağlı adıçəkilən marketin inzibatiçısı Rüfət Əbdüləzimov isə bildirib ki, onların mağazasında, ümumiyyətlə, haram mal satılmır: "Bizdə nəinki pivə, ümumiyyətlə, heç bir nə spirtli içki, nə də siqaret satılmır. Yəni həmin şəxs bizim mağazadan belə bir məhsul ala bilməzdi.

Düzdür, bizim yaxınlığımızda spirtli içkilər satan obyektlər var, amma biz bu barədə özümüzdən qəti heç nə deyə bilmərik. Əgər həmin şəxs iddia edirsə ki, pivəni məhz bizdən alıb, o zaman qəbzi də götürüb buyursun gəlsin. Qoy məsələni birlikdə araşdıraq görək pivəni kimdən alıb".

Milli.az