Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub. Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub.

Azərbaycanlı heykəltəraş Roma Papasının portretini hazırladı - Fotolar

Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub.


Belə ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib.

Xüsusi materialdan hazırlanan portret Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb. Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

atv.az




image description image description