Türkiyənin Adana şəhərində 10 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılan usta sağ qalıb. Türkiyənin Adana şəhərində 10 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılan usta sağ qalıb.

9-cu mərtəbədən yıxıldı - Sağ qaldı + Fotolar

Türkiyənin Adana şəhərində 10 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılan usta sağ qalıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, inşaatda qəlib ustası kimi işləyən 46 yaşlı Mətin Yalçın qəlibləri 9-cu mərtəbədən 10-cu mərtəbəyə daşıyarkən yıxılıb. O, 7-ci mərtəbədə bina ətrafına çəkilmiş qoruyucu örtüyün üstünə düşərək sağ qalıb.

Xəstəxanaya aparılan ustanın vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə yerindən çəkilən fotoları təqdim edirik: