Kişiyə işdə şort geyinməyə icazə vermədilər – O da işə qadın paltarında getdi

Böyük Britaniyanın Bakinqemşir qraflığında havaların isti keçməsi ilə əlaqədar Coui adlı işçi işə şortda gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dres-kod qaydalarına əsasən, Couini ofisə buraxmayıblar və ondan şalvar geyinməsini tələb ediblər.

Coui isə evə qayıdaraq şalvar əvəzinə don geyinərək işə gəlib. Bu dəfə qaydalara əsasən, onu işə buraxıblar. Bir neçə saat sonra şirkətin bütün işçilərinə dress-kodun dəyişdiyinə dair elektron məktub gəlib. Məktubda bildirilib ki, əməkdaşlar işə şortda gələ bilər.

Couiyə evə qayıdıb donu şorta dəyişmək təklif olunsa da, o, bundan imtina edib və iş saatının sonuna qədər donunu dəyişməyib.

Bəxtiyar Abbasov

AzNews.az