- Köhnə - Günün fotosu
- 4 İyul 2015 10:10
- 8 348
Məşhur model zinət əşyaları kolleksiyası yaratdı - FOTOLAR
Model Miranda Kerr Swarovski ilə əməkdaşlığının nəticəsini təqdim edib.
AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, zinət əşyaları brendinin siması və təmsilçisi kimi Mirandanın ilk kolleksiyasında zərif qolbaqlar və kulon, eləcə də bir neçə boyunbağı daxil olub.
Dizaynın əsasında - ulduzlar, çiçək, bitki motivləri və müxtəlif rəngli kristallar dayanır.
"Bu brendlə işləmək çox gözəl imkandır. Onun güclü tarixi, heyranedici mənbələri, texnologiyaları və təcrübəsi var", - deyə Kerr WWD saytına müsahibəsində bildirib.
Zinət əşyaları kolleksiyası payızda satışa çıxarılacaq.
