Elmira Məcidovanın rəhbərlik etdiyi Ambassade de la Beaute gözəllik səfirliyi Paris Haute Couture moda həftəsində öz iştirakını uğurla davam etdirir. Elmira Məcidovanın rəhbərlik etdiyi Ambassade de la Beaute gözəllik səfirliyi Paris Haute Couture moda həftəsində öz iştirakını uğurla davam etdirir.

Azərbaycan stilistləri aparıcı üçün pəri obrazı yaratdı – Parisdə

Elmira Məcidovanın rəhbərlik etdiyi Ambassade de la Beaute gözəllik səfirliyi Paris Haute Couture moda həftəsində öz iştirakını uğurla davam etdirir.


AzNews.az buro247.az saytına istinadən xəbər verir ki, gözəllik mərkəzinin istedadlı komandası ID Fashion kanalının aparıcısı Diana Qloster üçün orijinal obrazlar yaratmaqla moda nümayişlərinin diqqət mərkəzindədir.

Bu dəfə stilist Rəna və vizajist Natəvan Diana üçün dünya modasından götürülmüş müasir meşə pərisinin maraqlı obrazını yaradıblar. Həmin gün Ambassade de la Beaute komandasının öhdəsinə böyük məsuliyyət düşürdü. Onlar aparıcını eyni zamanda iki - Chanel və Giambattista Valli nümayişlərinə hazırlamalı idilər. Rəna və Natəvan Diananın obrazı üzərində böyük səylə çalışaraq yaratdıqları obrazı Karl Lagerfeld kimi sərt xarakterə malik tələbkar tənqidçilərə təqdim etdilər.

Bu dəfə dizayner nümayişi ar-deko tərzində xüsusilə nümayiş üçün tikilmiş kazinoda təşkil etmişdi. Qonaqların arasında Culianna Mur, Kristen Stüart, Vanessa Paradi və qızı Lili-Rouz Depp, Lara Stoun, Stella Tennant kimi məşhurlar var idi.