- Köhnə - Günün fotosu
- 7 Avqust 2015 16:06
- 8 284
Berluskoni villasını şahzadəyə satır – 500 milyon avro (FOTOLAR)
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni öz villasını Səudiyyə Ərəbistanının şahzadəsinə sata bilər.
AzNews.az xəbər verir ki, bu barədə italyan qəzeti "Corriere della Sera" məlumat verib.
Məlumata görə, bu günlərdə Berluskoni Səudiyyə Ərəbistanının varis şahzadəsi, daxili işlər naziri Məhəmməd bin Naif üçün villada 5 saatlıq ekskursiya təşkil edib. Lakin başqa bir ehtimala görə, villanın yeni sahibi Səudiyyə Ərəbistanının kralı Salmon özü olacaq.
Qeyd edək ki, villanın ərazisində yunan-roma üslubunda amfiteatr, futbol meydançası, süni göllə ada, həmçinin xüsusi yaradılmış fəaliyyətdə olan vulkan var. İtaliya KİV-lərinin verdiyi məlumata görə, sövdələşmənin məbləği 500 milyon avro ola bilər.
Villanın qonaqları arasında Rusiya prezidenti Bladimir Putin və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr yer alıb. 2012-ci ildə isə villanı keçmiş SSRİ dövlətlərindən birinin alması barədə məlumat yayılmışdı.



Aydan Axundova