- Köhnə - Günün fotosu
- 29 Dekabr 2015 17:11
- 7 388
Neftçilərin ailə üzvləri axtarışda - Video
Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri axtarış əməliyyatında iştirak ediblər.
Nazirlikdən AzNews.az-a verilən məlumata görə, müraciət edərək axtarış əməliyyatında iştirak etmək istəyənlərin müraciəti Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib.
Bununla əlaqədar olaraq, həmin insanlar dekabr 29-da FHN-in 2 helikopteri və "AZAL" QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.