İlhamə Quliyevanın dindirilməsilə bağlı - Rəsmi açıqlama (Yenilənib)

Xalq artisti İlhamə Quliyeva dindirilməsin ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.


AzNews.az xəbər verir ki, o, APA-ya açıqlamasında səhhətində ciddi problem olmadığını deyib: "Səhhətimdə ciddi problem yoxdur, özümü yaxşı hiss edirəm. Sadəcə, bir müddət əvvəl aldığım müalicəyə görə həkim nəzarətindəyəm. Müstəntiq mənə zəng vurdu ki, açıqlamam lazımdır. Onu evə dəvət etdim, çox sağ olsunlar, hörmət edib gəldilər. Bu, adi qaydadır, qeyri-adi heç nə yoxdur. Məhkəmə yaxınlaşır, mənim bəzi məsələlərə aydınlıq gətirməyim lazımdır".

İlhamə Quliyeva mediadan baş verən məsələlərlə bağlı onu narahat etməməyi xahiş edib: "Xahiş edirəm, mənə müraciət etməsinlər, heç kimə müsahibə verməyəcəyəm. Yekun söz məhkəmədə deyiləcək. Kim nə yazır yazsın, kim nə danışır, danışsın. Məhkəmədə çox şey açılacaq, qulluqçunun havadarları üzə çıxacaq".


***
12:39


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa cəlb edilərək ifadəsi alınıb.

E. Sultanov həmçinin qeyd edib ki, İ. Quliyevanın səhhəti nəzərə alınaraq ifadə müğənninin yaşadığı mənzildə alınıb.