Naftalanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Naftalanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Avtomobillə motosklet toqquşdu - Yaralılar var

Naftalanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Naftalan şəhərinin Şirvan prospektində qeydə alınıb.

"VAZ 21011" markalı avtomobillə motoskletin toqquşması nəticəsində iki nəfər, Naftalan şəhər sakini, 1962-ci il təvəllüdlü Qurban Abbasov və Goranboy rayon Tapqaraqoyunlu kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Qarayev müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.