- Köhnə - Hadisə
- 16 Fevral 2016 16:40
- 2 277
Kafedə soyğunçuluq edildi

Kafelərdən birində Elnur Məmmədovun telefonu soyğunçuluqla götürülüb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 14-də Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində 2 nəfər naməlum şəxs orada işləyən Qazax rayon sakini Elnur Məmmədovun telefonunu açıq talama yolu ilə alıb.
Nəsimi RÖİ 20ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Füzuli rayon sakini Təbriz Qarayev və Ucar rayon sakini Ruslan Ələkbərli tutulublar.