Tovuz rayonunda çaya düşən avtomobilin sürücüsü xəsarət alıb. Tovuz rayonunda çaya düşən avtomobilin sürücüsü xəsarət alıb.

Avtomobil çaya düşdü - Sürücü yaralandı

Tovuz rayonunda çaya düşən avtomobilin sürücüsü xəsarət alıb.


Əsrik-Ağbulaq yolunda rayonun Azaflı kənd sakini, 1963-cü il təvəllüdlü Aqil Əsgərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil sürüşərək yolun kənarındakı çaya düşüb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

APA.az