Daxili İşlər Nazirliyi Xaçmaz rayonununda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi Xaçmaz rayonununda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

3 maşın toqquşdu - 2 nəfər öldü, 5 nəfər yaralandı

Daxili İşlər Nazirliyi Xaçmaz rayonununda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi "KİA", Şıxbala Zeynalovun idarə etdiyi "VAZ-2106" və Rövşən Şükürovun idarə etdiyi "VAZ-21093" markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.