“VAZ 2107” piyadanı vurub öldürdü - FOTO

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 1992-ci təvəllüdlü Rəcəbli Tural Yaşar oğlunu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Açıq kəllə-beyin travması, hər iki aşağı ətraf sümüklərinin sınığı xəsarəti alan T. Rəcəbli reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, T. Rəcəblini xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.