Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb. Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb.

Dəhşətli qəzaya səbəb olan avtobus sürücüsü yaxalandı

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb.


DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb. Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb. İstintaq hərəkətlərı davam etdirilir.

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

Avtosfer.az