Sabirabad rayon sakinində saxta əskinaslar aşkarlanıb. Sabirabad rayon sakinində saxta əskinaslar aşkarlanıb.

Sabirabad sakinində saxta əskinaslar aşkarlandı

Sabirabad rayon sakinində saxta əskinaslar aşkarlanıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əskinas götürülüb. Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.