Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb. Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.

Bakı aeroportunda 2 yaşlı uşaq xəsarət aldı - Valideyn diqqətsizliyi

Martın 3-ü, axşam saatlarında Heydər Əliyev hava limanında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təyyarəyə minən zaman 2-yaşlı İsa Əliyev anasının əlindən buraxılaraq pəncərə tərəfə qaçıb. Aeroport binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb.

Hadisə yerində aeroportun müvafiq xidməti tərəfindən uşağa tibbi yardım göstəriləndən sonra İsa Əliyev Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi terminalın ərazisində uşaqlar üçün xüsusi yerlərin ayrıldığını bildirib və valideynləri olduqca diqqətli olmağa, aeroport ərazisində hərəkətdə olarkən uşaqları nəzarətsiz qoymamağa çağırır.