Bakı səması şara büründü - FOTOLAR



Bakıda Dövlət Bayrağı Günü münasibətilə möhtəşəm konsert təşkil olunub. Trend-in məlumatına görə, Dövlət Bayrağı Meydanında təşkil edilmiş konsertdə tanınmış müğənnilər bir-birindən maraqlı ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının zövqünü oxşayıblar. Gecənin iştirakçılarına Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Meydanının inşası ilə tanışlığından və açılışı zamanı iştirakından bəhs edən videomaterial təqdim edilib.

Konsertdən sonunda səmaya şar buraxılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunur.

AzNews.az
image description