Bakının Nəsimi rayonu ərazisində, “28 May” metro stansiyasının yaxınlığında naməlum şəxs bir qadına yaxınlaşaraq, onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Qadın dərhal ətrafdakı insanların köməkliyi ilə Dəmiryol xəstəxanasına çatdırılıb. Bakının Nəsimi rayonu ərazisində, “28 May” metro stansiyasının yaxınlığında naməlum şəxs bir qadına yaxınlaşaraq, onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Qadın dərhal ətrafdakı insanların köməkliyi ilə Dəmiryol xəstəxanasına çatdırılıb.

Ər boşanmaq istəyən arvadına 8 bıçaq vurdu - Foto

Bakının Nəsimi rayonu ərazisində, “28 May” metro stansiyasının yaxınlığında naməlum şəxs bir qadına yaxınlaşaraq, onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Qadın dərhal ətrafdakı insanların köməkliyi ilə Dəmiryol xəstəxanasına çatdırılıb.


Bıçaqlanan şəxs 1990-ci il təvəllüdlü Bayraməliyeva Tünzalə Cəfər qızıdır. 8 bıçaq zərbəsi alan qadının həyatını həkimlər xilas edə bilib.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, 26 yaşlı Tünzalə Bayraməliyevani həyat yoldaşı 37 yaşlı Bayraməliyev Oqtay Ramiz oğlu bıçaqlayıb.

Hadisəyə tərəflər arasındakı ailə münaqişəsi üzündən qadının boşanmaq üçün məhkəməyə müraciət etməsi səbəb olub. Bunu qəbul edə bilməyən ər həyat yoldaşını yoldaşını qətlə yetirmək istəyib.

Oqtay Bayraməliyev hadisəni törətdikdən sonra Nəsimi Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.

Qeyd edək ki, Oqtay Bayraməliyev Tünzalə Bayraməliyevanın ikinci həyat yoldaşıdır. Onların birgə nikahlarından övladları olmasa da, Tünzalə Bayraməliyevanın ilk evliliyindən iki övladı var.

Qadının yaxınlarının sözlərinə görə, Oqtay Bayraməliyev həyat yoldaşını dəfələrlə bıçaqla hədələyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

musavat.com