Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb. Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Neftçi olduğu ehtimal edilən - Meyit tapıldı

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına idstinadən xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilən məlumata əsasən, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.