Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məktəblini maşın vurdu - Gəncədə

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Şəhər sakini 13 yaşlı Hikmət Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, H.Bağırov dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.