Bakıda restoranda dava - 2 nəfər saxlanıldı

Bakıda restoranda dava düşüb.


AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinə təhvil veriliblər.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən Laçın İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.