İmişlidə 81 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. İmişlidə 81 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

81 yaşlı kişini “tok“ vurub öldürdü - İmişlidə

İmişlidə 81 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.


Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə Sərxanlı kəndində qeydə alınıb. Kənd sakini 1935-ci il təvəllüdlü Fəqan Məhəmməd oğlu Abbasov evinin zirzəmisində işləyərkən, onu elektrik cərəyanın vurub. Kişi hadisə yerində ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsində müayinə edildikdən sonra ailəsinə verilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha bir cərəyanvurma faktı Ağcabədi rayonunda qeydə alınıb. Laçın rayonundan olan məcburi köçkün vətəndaşların məskunlaşdığı məcburi köçkünlər şəhərciyində təxminən 20-25 yaşlı gənci cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerində araşdırma aparır. Ölən şəxsin kimliyi hələlik məlum deyil.


Anspress.com