Abşeronda göl daşdı, evləri su basdı - Video

Abşeron rayonunda Daşagil gölünün daşması nəticəsində 30-a yaxın evi və həyətləri su basıb.


AzNews.az Xəzər TV-ə istinadən xəbər verir ki, rayonun 28 may qəsəbəsində yaşayan sakinlər evlərinə daxil ola bilmirlər. Aidiyyəti qurumlar isə problemin aradan qaldırılacağını bildirirlər.

Sakinlər isə mənzilə pəncərədən nərdivanla daxil olmaq məcburiyyətində qalıblar, həyətə dolan suyu su nasosları vasitəsilə boşlatmağa çalışır.Bəziləri isə mənzilə daxil ola bilmədiyi üçün yaxınlarının evində yaşamaq məcburiyyətində qalıblar.Yoldan keçmək mümkün olmadığından uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər.

Ərazidə yaşayanlar deyir ki,burada ev tikən zaman suyun səviyyəsi və sahəsi az olub.Ancaq sonrada gölün ətrafında müəssisə və evlər tikildiyindən kalanlizasiya sularıda bu gölə axıdılırki nəticədə də ərazini su basır.Bu vəziyyət ildən ilə daha da ağırlaşır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirildiki,problemin qarşısını almaq üçün ərazidə Azərsu Açıq Səhimdar Cəmiyyəti tərəfindən işlər görülür.

Azərsu Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının verdiyi məlumata görə, Daşagil gölündə suyun səviyyəsinin azaldılması məqsədilə qurum tərəfindən layihə hazırlanıb.Layihəyə görə göldən su nasoslar vasitəsilə Sumqayıt çayına vurulacaq.Bununlada göldə suyun səviyyəsi enəcək və problem aradan qaldırılacaq.bu işlərin gələn ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.