Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Zaqatalada yol qəzası: ölən var

Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) qəza yanvarın 20-si saat 23.00 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Yaşar oğlunun idarə etdiyi "VAZ-2109" markalı, 10 CC 460 nişan dövlət nömrəli avtomobil "QAZ-66" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "VAZ-2109" markalı avtomobilin sürücüsü Rəşad Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az