İcra başçısının evi yandırıldı Rayon polisi hadisəni təsdiqlədi İcra başçısının evi yandırıldı Rayon polisi hadisəni təsdiqlədi

İsmayıllıda üsyan: -həbs olunanlar var YENİLƏNİR

İcra başçısının evi yandırıldı Rayon polisi hadisəni təsdiqlədi

İsmayıllıda vəziyyət nəzarətdən çıxıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, rayonun müxtəlif kəndlərindən insanlar rayon mərkəzinə axışır. Rayonun hüquq mühafizə orqanları təşviş içindədir. Ağsu və Şamağı polisləri də hadisə yerinə cəlb olunub. Artıq ona yaxın etirazçı saxlanılıb.

Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus "Hummer" və iki ədəd "Chevrolet" markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib.

FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilsə də, etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.


***

00:51

Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali üsyan edib. Qəzəblənmiş rayon sakinləri "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva daha iki avtomobil, yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.
İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdu. Nazirin oğlu Vüqar Ələkbərovun rayona gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz fikirlər işlətməsi isə adamların qulağına çatanda əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər. Rayonda gəzən söz-söhətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır.
İsmayıllıda yayılan məlumata görə, sözügedən motel F.Ələkbərova məxsusdur. Elə yandırılan "Hummer"in də nazirin oğluna məxsus olduğu bildirilir. /Azadlıq/



Məsələni dəqiqləşdirməkdən ötrü AzNews.az olaraq İsmayıllı Rayon Polis İdarəsinə zəng etdik (02028 51189). Jurnalist oldu]umuzu biləndən sonra yalnız bu sözləri bildirdilər: "Xahish edirem bir azdan zeng edin"
.
Bir azdan zəng edib Özümüzü Fövqəlada Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etdik. Bundan sonra növbəti hissənin əməkdaşı hadisəni təsdiqlədi: "Cammat artıq başçının evini mühasirəyə alıb, oteli isə yandırıblar.

Orxan
Aznews.az