Sahə müvəkkili ağacdan yıxılıb Sahə müvəkkili ağacdan yıxılıb

Ağdaşda polis zabiti bədbəxt hadisə nəticəsində ölüb

Sahə müvəkkili ağacdan yıxılıb




APA-nın xəbərinə görə, rayon Polis Şöbəsinin polis mayoru, sahə müvəkkili Qarayev Cəlil Hidayət oğlu dünən yaşadığı evin həyətində budama işləri aparam zaman ağacdan yıxılıb. Ağır bədən xəsarətləri alan C. Qarayev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. 1960-cı il təvəllüdlü polis əməkdaşı bu gün səhər xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az