Bakı-Şamaxı-Yevlax yolunda dəhşətli qəza

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə hadisə bu gün axşam 21:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 258-ci kilometrliyində, Ağdaşın Nəvətava kəndi ərazisində qeydə alınıb.

Mingəçevir sakini 1993-cü il təvəllüdlü Salahov Vüqar Kamil oğlunun idarə etdiyi "VAZ 21015" markalı minik maşını qarşı tərəfdən gələn "VAZ 2106" markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21015"in sürücüsü Vüqar Salahov dünyasını dəyişib, sərnişin 1988-ci il təvəllüdlü Ağayev Xanlar Vahid oğlu və "VAZ 2106"nin hələ ki, adı məlum olmayan sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az