- Köhnə - Hadisə
- 12 Yanvar 2017 14:45
- 3 535
Avtobus qəza törətdi - Yaralananlar var
Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparılır.
AzNews.az