Polis Bakını mühasirəyə alır - AKSİYA

Həm aksiyaçılar, həm də polis son hazırlıqlara başladı




Paytaxtın mərkəzi hissəsinə gözlənilmədiyi qədər polis qüvvələri cəlb edilib və əsas küçələr tam mühasirəyə alınıb. Bu barədə hazırda şəhərdə olan əməkdaşımız xəbər verib.

Onun sözlərinə görə, gənclərin bu gün saat 15-də Fəvvarələr bağında keçirmək istədikləri etiraz aksiyasının qarşısını almaq üçün səfərbər edilən hüquq-mühafizə orqanlarının əməkdaşları "Sahil" və "içərişəhər" metrostansiyasını həndəvərində, Fəvvarələr bağında, Sabir bağının yaxınlığında, dənizkənarı bulvarda çox sayda polis işçiləri gözə dəyir. Bundan başqa, avtobuslarda oturub keşik çəkənlər də var.