Erməni hakerə 150 il həbs

Amerikada 27 yaşlı erməni haker həbs edilib. Karen Kazaryan adlı haker kompyuterlərə hücum təşkil etmək və şantajda ittiham edilir. İttiham təsdiqini taparsa, onu 150 il həbs cəzası gözləyir.

Kazaryan əsasən sosial şəbəkə istifadəçisi olan qadınların səhifələrinə, elektron poçt ünvanlarına daxil olub. Daha sonra özünü onların rəfiqəsi kimi təqdim edərək intim şəkillərin bir-birinə göndərilməsini təklif edib. Fotoşəkilləri ilə onları şantaj edən erməni hakerin qurbanlarının sayı 350-dən çox olub. Onun kompyuterində isə 3 mindən artıq intim fotoşəkil aşkarlanıb.

Elnarə Əlosmanqızı
AzNews.az